Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də güclü qar fırtınası səbəbindən 10 mindən çox aviareys ləğv edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.
Məlumata əsasən, ləğv edilən reyslərin sayı 10 062-yə çatıb.
Bundan əvvəl ABŞ ərazisini son 100 ilin ən güclü təbii hadisələrindən biri hesab edilən "Fern" adlı buzlu fırtına bürüyüb. Təbii fəlakətin nəticələri 200 milyondan çox insanı əhatə edib. Bir sıra şəhərlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb, 22 ştatda fövqəladə vəziyyət elan olunub. ABŞ Prezidenti Donald Tramp fövqəladə xidmətlərin "Fern" fırtınasına qarşı tam hazır olduğunu açıqlayıb.
Təxminən 30 santimetr qar yağmasına baxmayaraq, fırtına infrastrukturda yaratdığı ciddi problemlərə görə "tarixi" adlandırılır. ABŞ-də əhali arasında gündəlik tələbat mallarına tələbat artıb, xüsusilə batareyalar, konservlər və gigiyena vasitələri sürətlə satılır.
Proqnozlara görə, çovğun, qar və buzlu yağışlar ayın sonunadək davam edəcək.