Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. ABŞ-də son vaxtlar cadu almaq trend olub.
Ölkə.Az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
Amerikada gənclər iqtisadi qeyri-müəyyənlik və gələcəklə bağlı narahatlıq səbəbindən sehrlərə müraciət etməyə başlayıblar.
Qəzetin yazdığına görə, Nyu-Yorkdakı “Queens” Kollecində ikinci kurs tələbəsi olan Canudi Perera iş tapa bilmədiyi üçün “Etsy”dən cadu alıb və həmin gün iş təklifi alaraq işə düzəldiyini deyib.
“Etsy”dəki onlayn satışlarda caduların qiymətinin 200 dollaraq qədər olduğu bildirilir.
Caduların və cadugərləlrlə əməkdaşlığın trend olması isə TikTokdan qaynaqlanır.
Belə ki, influenser Yaz Smit TikTok-dakı izləyicilərinə toy günü havanın yaxşı olması üçün bir cadugərə ödəniş etdiyini deyib.
Bundan sonra Los-Ancelesdəki kreativ direktor Rohit Tavani də “Nyu York Knicks”in Şərq Konfransı finalında qalib gəlməsinə kömək etmək üçün “Etsy” cadugərinə 8,48 dollar ödədiyini deyib.