ABŞ də çətin durum: Ticarət yoxdur

26.06.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də mal ticarəti kəsiri may ayında əvvəlki ayla müqayisədə 27,4 faiz artaraq 105,8 milyard dollara çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin mal ticarəti balansı, eləcə də topdansatış və pərakəndə satış ehtiyatlarına dair may ayı üzrə açıqladığı məlumatda bildirilir.

Məlumata görə, ilkin xarici ticarət kəsiri kimi qiymətləndirilən mal ticarəti kəsiri may ayında aprel ayı ilə müqayisədə 27,4 faiz artaraq son bir ildən çox müddətdə ən yüksək səviyyəyə yüksəlib.

Analitiklər bu göstəricinin 85 milyard dollar olacağını proqnozlaşdırsa da, faktiki rəqəm 105,8 milyard dollar təşkil edib. Aprel ayında isə mal ticarəti kəsiri 83 milyard dollar səviyyəsində qeydə alınmışdı.

Hesabat dövründə ABŞ-nin mal ixracı 11,8 milyard dollar azalaraq 207,7 milyard dollara enib. Eyni zamanda, mal idxalı 10,9 milyard dollar artaraq 313,4 milyard dollara yüksəlib.

Nazirliyin məlumatına əsasən, may ayında topdansatış ehtiyatlarının həcmi aylıq müqayisədə 0,3 faiz artaraq 944 milyard dollara çatıb.

Pərakəndə satış ehtiyatları da əvvəlki ayla müqayisədə 0,6 faiz artaraq 832,2 milyard dollar təşkil edib.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью