Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti cümə axşamı xəbərdarlıq məlumatı yayıb.
"Meşə yanğınları nəticəsində yaranan tüstü Böyük Göllərin və ABŞ-ın şimal-qərbinin böyük bir hissəsinə təsir göstərir. Hava keyfiyyəti ilə bağlı xəbərdarlıqlar qüvvədədir", - açıqlamada bildirilir.
Oxşar xəbərdarlıqlar ABŞ-nin Orta Qərb bölgələri üçün də edilib.
Xəbərdarlıqda o da qeyd olunub ki, Texas sakinləri daşqınlara səbəb ola biləcək güclü yağışlarla üzləşəcəklər.
"Texasın cənub və mərkəzi hissəsində ən azı cümə gününə qədər həyati təhlükə yaradan genişmiqyaslı daşqınlar gözlənilir", - məlumatda qeyd olunub.
Mürtəza