ABŞ də dinozavr qalıqları 50 milyon dollara satıldı

15.07.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Nyu-Yorkun məşhur "Sotheby's" Hərrac Evində Qas ləqəbli tirannozavrın qalıqları hərraca çıxarılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs lota görə 50,1 milyon dollar ödəyib.

Bu, indiyə kimi ən baha qiymətə satılmış dinozavrdır. Hərrac evinin məlumatına görə Qas olduqca böyük ölçülərə malik imiş. 67 milyon yaşı olan tirannozavrın uzunluğu 11,6, hündürlüyü 3,8 metr olub.

Yeri gəlmişkən, Qas ləqəbi ona insanın şərəfinə verilib. Belə ki, tirannozavr Cənubi Dakota ştatında Qas adlı mərhum çobanın torpaq sahəsində tapılıb.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью