ABŞ də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

15.08.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 15 avqust, AZƏRTAC

ABŞ-nin Virciniya Dövlət Universitetində yataqxanaların qarşısında baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.

AZƏRTAC “ABC News”a istinadla xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Xəsarət alan şəxslərin hamısı yerli xəstəxanalara yerləşdirilib.

Universitetdən bildirilib ki, kampusa xeyli sayda hüquq-mühafizə orqanının əməkdaşı gəlib, istintaq davam edir.

Atışma ilə bağlı hələ ki, həbs olunan yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью