ABŞ də dovşan futbol matçını dayandırdı

21.09.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-də futbol üzrə MLS müntəzəm çempionatının matçı meydana dovşanın qaçması səbəbindən dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə "Toyota Stadium"da "Dallas" və "Ostin" komandaları arasında keçirilən oyunun 76-cı dəqiqəsində baş verib.

Bir neçə dəqiqədən sonra dovşanın meydanı tərk etməsinə kömək edilib - "Dallas"ın hücumçusu Loqan Farrinqton və komandanın əməkdaşı reklam lövhələrini kənara çəkərək çıxış üçün yol açıblar. Dördpendirli pizza

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Bu, son bir ay ərzində MLS oyununun analoji hadisələrə görə dayandırıldığı ilk hal deyil. Avqustun sonunda "San-Xose" klubunun ev arenası olan "PayPal Park" stadionunun meydanına azyaşlı uşaq daxil olmuşdu. Sentyabrın 13-də isə "Sinsinnati" klubunun "TQL Stadium" arenasında meydana sincab qaçmışdı./Oxu.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью