Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Müdafiə texnologiyaları sahəsində ixtisaslaşan ABŞ-nin "Epirus" kompaniyası dron dəstəsini məhv edə bilən "Leonidas" adlı yeni elektromaqnit silahını təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
"Leonidas" sınaq meydançasında 49 kvadrokopterə qarşı sınaqdan keçirilib - bu onun eyni vaxtda sayca ən çox dronla qarşılaşdığı sınaq əməliyyatı olub.
Qeyd olunub ki, elektromaqnit müdaxiləsi bütün dronları eyni anda sıradan çıxarıb.
Üstəlik, "Leonidas" bu əməliyyatı bahalı sursat və ya partlayıcı mərmilərdən istifadə etmədən həyata keçirib. Bu silaha 250 milyon dollar sərmayə qoyulduğu bildirilib.