ABŞ də ən məşhur universitetlərdən biri milyonlarla dollar qrantdan məhrum edildi

20.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Səhiyyə Nazirliyi Harvard Universitetini antisemitizm və irqi ayrı-seçkiliyin (irqi diskriminasiya) öhdəsindən gələ bilmədiyi üçün ümumi məbləği təxminən 60 milyon dollar olan çoxillik bir sıra qrantdan məhrum edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun "X" hesabında məlumat verilib.

"Səhiyyə və Sosial Xidmətlər Nazirliyi onların bütün fəaliyyətləri müddətincə ümumi dəyəri təxminən 60 milyon dollar olan çoxillik bir neçə qrantı dayandırır", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, mayın 13-də ABŞ Prezidenti Donald Trampın Administrasiyası Harvard Universitetinə təqribən 450 milyon dollarlıq qrant ayırmağı dayandırmaq qərarına gəldiyi açıqlamışdı.

Harvard Universitetinin prezidenti Alan Qarber ABŞ prezident administrasiyasını qanunsuzluqda ittiham etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью