ABŞ də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb

22.11.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Kaliforniya ştatının Tulare dairəsində əyləncə mərasimində baş verən atışma nəticəsində doqquz nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə yerli "ABC News KFSN" telekanalı şerif ofisinə istinadən xəbər verib.

Hadisə şənbə günü yerli vaxtla axşam Stratmor şəhərindəki özəl əyləncə mərasimində baş verib. Mərasimdə təxminən 100 nəfər iştirak edib.

İlkin məlumata görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

İstintaq aparılır və zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью