ABŞ də F 35 qırıcısı qəzaya uğradı

29.01.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcısı Alyaskadakı aviabazada təlim uçuşu zamanı qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Alaska News Source" məlumat yayıb.

Hadisə 354-cü Hava Qüvvələri Bölmələrinin yerləşdiyi Eylson bazasında baş verib. Qırıcı təlim uçuşunu başa vurub yerə enmək ərəfəsində hələlik açıqlanmayan nasazlıq baş verib. Pilot təcili katapult edib. Təyyarə aerodromun uçuş-enmə zolağının yaxınlığına düşərək partlayıb.

Pilot paraşütlə sağ-salamat yerə enib. O, hazırda xəstəxanada tibbi müayinədən keçirilir. Vəziyyəti qənaətbəxşdir.

Baza komandanlığı oxşar hadisənin təkrarlanma şansını minimuma endirmək üçün hərtərəfli araşdırma aparacağına söz verib.

Qeyd edək ki, "F-35"in dəyəri təxminən 81 milyon dollardır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью