ABŞ də festivalda ATIŞMA: Ölənlər və yaralananlar var

27.07.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Sietl şəhərində keçirilən qastronomiya festivalı zamanı silahlı insident baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Seattle Times" yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Hadisə şəhərin mərkəzində keçirilən və minlərlə insanın iştirak etdiyi "Bite of Seattle" festivalı zamanı baş verib.

Məlumata əsasən silahlı insident nəticəsində iki nəfər ölüb, daha beş nəfər yaralanıb. Yaralananlardan dördü xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.

Yüngül xəsarət alan daha bir nəfər isə hospitalizasiya olunmaqdan imtina edib.

Sietl polis idarəsi faktla bağlı araşdırma aparıldığını bildirib.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılıb-saxlanılmadığı hələlik açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью