Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-də Şükran Günü münasibətilə ölkənin şərq və mərkəzi hissələrini vuran güclü fırtınanın fəsadları davam edir.
Sherg.az xəbər verir ki, fırtına nəticəsində Pensilvaniya, Merilend və Virciniya başda olmaqla bir sıra ştatlarda ümumilikdə 216 min 973 ev hələ də elektrik enerjisizdir.
Məlumata görə, cümə günü ölkə üzrə təxminən 670 aviareys ləğv edilib, 3 400-dən çox reys isə gecikib.
Merilend ştatında güclü fırtına səbəbindən bəzi körpülər nəqliyyatın hərəkəti üçün bağlanıb.
Delaver ştatında sahilyanı yolları su basıb. Vaşinqton yaxınlığındakı Ronald Reyqan Vaşinqton Milli Hava Limanının uçuş-enmə zolağı da su altında qalıb.