Icma.az, Bakivaxti saytına istinadən bildirir.
ABŞ-nin Kanzas ştatının Uiçita şəhərində futbol matçı zamanı avtomobilin azarkeş izdihamına çırpılması nəticəsində iki nəfər həlak olub.
Bakıvaxtı.az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.
Hadisə nəticəsində bir uşaq və bir kişi həyatını itirib.
Məlumata əsasən, hadisə zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib. Avtomobilin sürücüsü saxlanılıb.
Hüquq-mühafizə orqanları hələlik sürücü haqqında ətraflı məlumat verməyib və nəqliyyat vasitəsinin kütlə üzərinə qəsdən sürülüb-sürülmədiyini açıqlamayıb. Nəqliyyat vasitəsində sürücüdən başqa iki azyaşlının da olduğu bildirilir.