ABŞ də gələn ay hərbi psixiatr edam olunacaq

07.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Pentaqon İkinci Dünya Müharibəsindən bəri ilk dəfə məhkum edilmiş Amerika əsgərinin edam tarixini açıqlayıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ordusunun müvəqqəti katibi Adam Telle açıqlama verib.

Onun sözlərinə görə, 2009-cu ildə Texasdakı hərbi bazada 13 nəfəri öldürən hərbi psixiatr Nidal Həsən 3 dekabrda edam olunacaq. Psixiatrın edamı Texas ştatının Fort Hud şəhərində baş tutacaq.

"Bu tarix ABŞ prezidenti Donald Trampın 2009-cu ildə Fort Hud hərbi bazasına hücumda təqsirli bilinən Nidal Malik Həsənlə bağlı qərarının icrası çərçivəsində təyin edilib", - deyə Telle vurğulayıb.

Qeyd edək ki, 5 noyabr 2009-cu ildə tibb ixtisası üzrə təhsil alan və hərbi psixiatr Nidal Həsən Texas ştatının Fort Hud şəhərindəki yerləşdirmə mərkəzinə daxil olaraq "Allahu Əkbər" qışqıraraq silahsız hərbçilərə atəş açıb. Hücum nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. 

Xatırladaq ki, ABŞ ordusunda güllələnmə ilə bağlı sonuncu edam 1945-ci ilin noyabr ayında həyata keçirilib. Həmin il sıravi əsgər fərarilikdə günahkar bilinmişdi.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью