ABŞ də gəmi qəzası

16.11.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Yeni Orleanda "Atlantic Asphalt" tankeri ilə "American Heritage" kruiz gəmisi toqquşub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Missisipi çayında baş verib.

Toqquşma zamanı ciddi zədələr alan "American Heritage" yanı üstə çönüb və bir hissəsi suyun altında qalıb. Göyərtədə olan 129 sərnişindən 32 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirib və sahil mühafizə xidmətinin əməkdaşlarına təşəkkür edib: "Sahil mühafizə xidmətinə gördükləri işə görə təşəkkür düşür. Toqquşma nəticəsində ölümün olmaması inanılmazdır!"

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью