ABŞ də göyərtəsində 177 sərnişin olan təyyarə mühərrik nasazlığı səbəbindən təcili eniş etdi

28.11.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şükran günü ABŞ-də Texas ştatına uçan “Delta Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi mühərrikdə yaranan nasazlıq səbəbindən Corciya ştatına qayıdaraq təcili eniş etməyə məcbur olub.

Redaktor.az “New York Post” nəşrinə istinadla xəbər verir ki, 177 sərnişini Ostin şəhərinə aparan təyyarə cümə axşamı səhər havaya qalxdıqdan qısa müddət sonra geri dönərək Hartsfild-Cekson Atlanta Beynəlxalq Hava Limanına enib.

Aviaşirkətin sözçüsünun bildirdiyinə görə, uçuş heyəti prosedurlara uyğun davranıb və təyyarə təhlükəsiz şəkildə eniş edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью