Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-da yağan güclü qar səbəbindən ölənlərin sayı 18-ə çatıb.
"Unikal" xəbər verir ki, mərkəzi, şərqi və cənub ştatları əhatə edən qarın hündürlüyü əksər bölgələrdə 20-30 santımetr hündürlükdə olub.
Müxtəlif ştatlarda 800 min insan elektrik enerjisiz qalıb. Bazar ertəsi 4000 uçuş təxirə salınıb. Ötən gün bu rəqəm 11 min olub.
Qeyd edək ki, bu, ABŞ-da son 10 ilin ən güclü qar yağması kimi qiymətləndirilir.