525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-də bir həbsxanada məhbuslar arasında dava düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Corciya ştatının Vaşinqton Dövlət Həbsxanasında baş verib. Davada üç məhbus ölüb, bir islah müəssisəsinin əməkdaşı və on iki məhbus yaralanıb və müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb.
Təxminən 1550 məhbusun saxlandığı həbsxanada baş verən hadisə Corciya İslah Departamenti tərəfindən araşdırılır.
İsgəndər Həsənov