Icma.az, 525.az portalına istinadən məlumat verir.
Florida sahillərində helikopter qəzası baş verib.
525.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Qeyd olunub ki, helikopter Mayami yaxınlığındakı Key Biscayne sahillərində dənizə düşüb.
Qəza nəticəsində təyyarədə olan üç nəfərdən biri ölüb, ikisi isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətlərinin kritik, lakin sabit olduğunu açıqlanıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) qəza ilə bağlı araşdırmaya başlayıb.
İbrahim Cəfərov