ABŞ də helikopter qəzası: Göyərtəsində dörd sərnişin olub

03.01.2026

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin Arizona ştatının Feniks rayonu yaxınlığındakı dağlarda "MD 369FF" özəl helikopter qəzaya uğrayıb və nəticədə göyərtədəki dörd nəfər həlak olub.

Oxu.Az-ın "ABC News"a istinadən xəbərinə görə, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Pinal dairəsi şerifinin ofisi məlumat verib.

Məlumata görə, qəza yerli vaxtla saat 11:00-da Superior şəhərinin cənubundakı Teleqraf-Kanyon ərazisində baş verib. Şerifin məlumatına görə, helikopterdə Kvin-Krikdən olan 59 yaşlı pilot, 20 yaşlarında üç qadın sərnişin olub. Helikopter Kvin-Krikdəki "Pegasus Airpark"dan havaya qalxıb.

Xilasetmə qrupları qəzanın baş verdiyi ucqar əraziyə çatmaq üçün bir neçə saat sərf ediblər.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalar başlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью