ABŞ də helikopter qəzaya uğrayıb

07.10.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.


ABŞ-nin Kaliforniya ştatında təcili yardım xidmətinə məxsus helikopter qəza törədib.

Missiya.Az xəbər verir ki, insident Sakramento şəhərində qeydə alınıb.

Məlumata görə, hava təcili yardım helikopteri yerli vaxtla axşam saat 19:00 radələrində magistral yola düşüb. Hadisə nəticəsində hava gəmisində olan 3 ekipaj üzvü ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Sakramento Yanğınsöndürmə İdarəsi qəzanın dəqiq səbəblərinin araşdırıldığını bildirib. Hadisədən sonra magistralın şərq istiqamətində hərəkət tamamilə dayandırılıb.

Seyranə Quliyeva
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью