ABŞ də hərbi bazada F 35 alovlanaraq yararsız hala düşüb

31.07.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Kaliforniya ştatında yerləşən Miramar hərbi hava bazasında F-35 tipli beşinci nəsil qırıcı təyyarədə yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə uçuş-enmə zolağında qeydə alınıb.

ABŞ Dəniz Piyadaları Korpusu insidenti təyyarə qəzası kimi qiymətləndirsə də, yanğının hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb.

Hadisə nəticəsində təyyarə ciddi zərər görərək istismara yararsız vəziyyətə düşüb. Xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, F-35 döyüş təyyarəsi dünyanın ən müasir çoxməqsədli qırıcılarından hesab olunur və bir ədədinin qiyməti 80 milyon ABŞ dollarını ötür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью