Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Neft qiymətlərinin artması ilə əlaqədar ABŞ-də hibrid avtomobillərin satışları 20% artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, bu, xüsusilə ABŞ hibrid bazarının 86%-ni təşkil edən “Hyundai”, “Toyota” və “Honda” kimi şirkətlərnə təsir edib.
Belə ki, “Hyundai”də bu artım 62%, “Toyota”da 22%, “Honda”da isə 15% təşkil edib.
İyul ayında ABŞ-də hibrid avtomobil satışları 20% artsa da, ümumi avtomobil satışları isə 1,5% azalıb.
Digər tərəfdən, “Edmunds” şirkətinin analitika bölməsinin rəhbəri Cessika Kolduel hibrid modellərin istehlakçıların axtardığı optimal tarazlığı təklif etdiyini bildirib. Belə ki, bu, sürücülərdən vərdişlərini əhəmiyyətli dərəcədə dəyişdirmədən artan yanacaq qiymətləri qarşısında qənaət etməyə imkan verir.