Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vaşinqton, 16 oktyabr, AZƏRTAC
ABŞ-nin Oreqon ştatının Bend şəhərindəki ibtidai məktəbdə baş verən atışma nəticəsində azı beş nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “AP 2” mənbəyə istinadən yazıb.
Qeyd edilib ki, ölənlərin sayı ilkin rəqəmdir və dəyişə bilər.
İlkin məlumata görə, silahlı şəxs məktəbə daxil olaraq atəş açmağa başlayıb. Şübhəli şəxs hadisə yerində güllələnərək öldürülüb. Onun kim tərəfindən vurulduğu hələlik məlum deyil.
Polis əməkdaşları hadisə yerinə bir neçə dəqiqə ərzində çatıblar. Atışma nəticəsində uşaqlar da daxil olmaqla bir neçə nəfər xəsarət alıb. Azı iki yaralı xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilməyib.
Hadisənin motivləri araşdırılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton