Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də atletin atdığı çəkic tamaşaçılardan birinin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
İdmançının adı açıqlanmayıb. Hadisə Kolorado ştatındakı eyniadlı universitetin yarış məkanında baş verib.
Ölən şəxsin yarışda iştirak edən atletlərdən birinin atası, 57 yaşlı Ueyd Lenqston olduğu müəyyənləşib.
Qeyd edək ki, atletika yarışlarında çəkic kişilərdə 7 kq, qadınlarda isə 4 kq olur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.