ABŞ də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

30.09.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ Federal Məhkəməsi son iki əsrdə ştatda edam edilən ilk qadın ola biləcək 50 yaşlı Krista Payk barəsindəki ölüm hökmünün icrasını dayandırmaq barədə qərar çıxarıb. 
Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Məhkəmənin bu qərarı, edamın planlaşdırıldığı vaxta cəmi bir neçə saat qalmış elan edilib.
Nəşrin məlumatına görə, qərarın dəyişdirilməsi onun vəkillərinin fəal kampaniyasının nəticəsidir.
Vəkillər məhkəmə araşdırması zamanı Paykın uşaqlıqda cinsi zorakılığa məruz qalması faktının nəzərə alınmadığını əsas gətiriblər.
Bundan əvvəl ştatın qubernatoru Bill Li Paykı əfv etməkdən imtina etmiş, vəkilləri isə edam hazırlığı prosesini dayandırmaq xahişi ilə ölkənin Ali Məhkəməsinə müraciət etmişdilər.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью