ABŞ də İlon Maskın rəhbərlik etdiyi hökumət strukturu yaradılıb

21.01.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə İlon Maskın rəhbərlik etdiyi hökumətin səmərəliliyi nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

“Bu, dövlət işinin səmərəliliyini artıracaq bir fərmandır”, - Prezidentin köməkçisi sənəd imzalamazdan əvvəl bildirib.

Yeni strukturun əsas məqsədi dövlət xərclərini azaltmaq və federal proqram təminatını özəl sektor standartlarına uyğunlaşdırmaqdan ibarət olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью