Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də bir kişi 29 yanvar tarixində özünü Federal Təhqiqat Bürosunun agenti kimi təqdim edərək Luigi Mandjone-ni həbsxanadan azad etməyə çalışıb və saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə CNBC telekanalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Minnesota ştatının 36 yaşlı sakini Mark Anderson Nyu-Yorkdakı federal həbsxanaya gələrək özünü FTB agenti kimi təqdim edib. O, Mandjone-nin azad olunması ilə bağlı məhkəmə qərarının olduğunu iddia edib.
Mark Anderson həbsxana əməkdaşlarına üzərində silah daşıdığını da bildirib. Lakin hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən onun çantasında yalnız çəngəl və pizza üçün bıçaq aşkar edilib.
Qeyd edək ki, UnitedHealthcare sığorta şirkətinin rəhbəri Brayan Tompsonun qətli 4 dekabr 2024-cü ildə Manhettenin mərkəzində baş verib. Polis məlumatına əsasən, hücum New York Hilton Midtown otelinin yaxınlığında törədilib və Mandjone Tompsonu qəsdən atəşə tutub.
Şübhəli şəxs cinayəti varlı sığorta şirkətlərinin insanların əzabları hesabına qazanc əldə etməsi ilə izah edib. Hadisədən sonra Mandjone ABŞ-da minlərlə insan tərəfindən dəstəklənib. Onun üçün ianə kampaniyaları təşkil olunub və məhkəmə iclaslarında geyindiyi paltarların oxşarları mağazalarda sürətlə satılıb. Belə ki, ötən ilin dekabrında amerikalıların Mandjonenin hücum zamanı geyindiyi gödəkçənin analoqunu kütləvi şəkildə almağa başladığı bildirilmişdi.
Ayxan
Milli.Az