ABŞ də işləmək üçün ən yaxşı şirkətlər hansılardır?

12.03.2026

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Forbes" tərəfindən aparılan əməkdaş sorğularına əsaslanaraq ABŞ-də 2026-cı ildə işləmək üçün ən yaxşı şirkətlər açıqlanıb.

Banco.az xəbər verir ki, qiymətləndirmə zamanı iş mühiti, mədəniyyət, əməkhaqqı və karyera inkişafı kimi faktorlar nəzərə alınıb.

5000+ işçisi olan böyük işəgötürənlər:

Trader Joe's St. Jude Children's Research Hospital Google Microsoft Stanford University In-N-Out Burger Nvidia American Express Hoag Memorial Hospital Presbyterian Houston Methodist Carhartt Apple Delta Air Lines Washington University in St. Louis Adobe

Siyahıda texnologiya şirkətləri üstünlük təşkil edir. "Trader Joe's" ümumi siyahıda 1-ci yeri tutur və bir çox böyük texnologiya şirkətlərini geridə qoyur. Ən yaxşı iş yerləri yalnız texnologiya sektorunda deyil, həm də səhiyyə, pərakəndə satış və universitetlərdə geniş yayılıb. Şirkətlərin yüksək reytinq almasının əsas səbəbləri:

güclü iş mühiti və korporativ mədəniyyət karyera inkişafı imkanları maaş və sosial paketlər rəhbərliyə əməkdaşların etibarı

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью