ABŞ də israilli diplomatlar öldürüldü

22.05.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Vaşinqtonda Paytaxt Yəhudi Muzeyinin qarşısında bir kişi və bir qadın güllələnərək öldürülüb. Ölənlər İsrail səfirliyinin əməkdaşlarıdır.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın daxili təhlükəsizlik üzrə katibi Kristi Noem açıqlayıb.

Hazırda hadisənin detalları məlum deyil.

Hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, hadisənin baş verdiyi muzey Federal Təhqiqatlar Bürosunun Vaşinqton Ofisinin yanında yerləşir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью