ABŞ də israilli girovları dəstəkləyən aksiyada terror aktı: yaralananlar var

02.06.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də israilli girovlara dəstək aksiyası zamanı kütləyə yanar maye ilə hücum edilib.

Ölkə.az "CNN"ə istinadla xəbər verir ki, polis artıq şübhəlini saxlayıb və Federal Təhqiqat Bürosu (FTB) hadisəni mümkün terror aktı kimi araşdırır.

Məlumata görə, hadisə Kolorado ştatının Boulder şəhərində baş verib. Cinayətkar alovlanan maye ilə dolu butulkaları aksiya iştirakçılarının üzərinə atıb.

Hadisə nəticəsində azı iki nəfər yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Digər iştirakçıların yüngül xəsarətlər aldığı bildirilir.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью