ABŞ də işsizlik müavinəti üçün müraciətlər azaldı

01.10.2026

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üçün müraciətlərə dair həftəlik məlumatları açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı sentyabrın 26-da başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 1 000 nəfər azalaraq 197 minə düşüb.

Bazar gözləntiləri bu dövrdə işsizlik müavinəti üçün müraciətlərin sayının 201 min olacağı istiqamətində idi.

İşsizlik müavinəti üçün müraciətlərə dair əvvəlki həftənin göstəricisi isə 197 mindən 198 minə yüksəldilərək yenilənib.

Ötən həftə üzrə 4 həftəlik orta işsizlik müavinəti müraciətləri də 2 500 nəfər azalaraq 200 minə geriləyib.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə sentyabrın 19-da başa çatan həftədə 11 min nəfər azalaraq 1 milyon 701 minə düşüb.

Gülay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью