ABŞ də jurnalist Çinə casusluq etdiyi üçün iki il müddətinə həbs olunub

02.09.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-də jurnalist Tomas Veyr Pauken Çinin xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirli bilinərək Birləşmiş Ştatlarda iki illik həbs cəzasına məhkum olunub.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında dərc olunan açıqlamada bildirilir.

Məlumata görə, ABŞ-nin baş prokurorunun köməkçisi Con Eyzenberqin sözlərinə görə, təqsirləndirilən şəxs Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin "əməliyyatlarını dəstəkləmək", o cümlədən "potensial agentləri ələ almaq və onlardan gizli məlumatlar toplamaq" məqsədilə öz Amerika vətəndaşlığından istifadə edib. "Pauken pul xatirinə öz ölkəsinə xəyanət edib", - deyə Eyzenberq bildirib.

İyunun 5-də Pauken ABŞ-də xarici hökumətin agenti funksiyalarını yerinə yetirdiyini və Çin kəşfiyyatının tapşırıqları əsasında hərəkət etdiyini etiraf edib. Amerikalı təxminən 15 il Çində yaşayıb və jurnalist kimi fəaliyyət göstərib: o, Tomas Makqreqor təxəllüsü ilə müxtəlif Çin kütləvi informasiya vasitələrində məqalələr dərc etdirib və televiziyada ekspert kimi çıxış edib.

Federal Təhqiqatlar Bürosunun məlumatına əsasən, o, ən azı 2019-cu ildən 2026-cı ilə qədər Çin xüsusi xidmət orqanlarının, o cümlədən ÇXR Dövlət Təhlükəsizliyi Nazirliyinin müxtəlif tapşırıqlarını icra edib. Bu fəaliyyətinə görə Pauken kuratorundan ən azı 100 000 dollar məbləğində pul alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью