ABŞ də keçiriləcək Olimpiya Oyunlarında kişilərdən ibarət komandaların sayı azaldılıb

10.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə ABŞ-də keçiriləcək Olimpiada üçün kişi futbol komandalarının sayını azaldıb.

Oxu.Az xəbər verir ki, bu barədə BOK-un idman direktoru Kit Makkonel jurnalistlərə bildirib.

Los-Anceles oyunlarında kişilərin turnirində 12 komanda mübarizə aparacaq. Əvvəllər yarışda 16 milli komanda təmsil olunurdu. Eyni zamanda, qadınların turnirində komandaların sayı 12-dən 16-ya çatdırılacaq.

Qeyd edək ki, Los-Anceles Olimpiadası iyulun 14-dən 30-dək keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью