ABŞ də kiçik ölçülü təyyarə qəzaya uğradı 3 ölü

17.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şimali Arizonadakı Böyük Kanyon yaxınlığında kiçik ölçülü təyyarə qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Park Xidməti açıqlama yayıb.

Bildirilib ki, üç nəfəri daşıyan "Piper Comanche" tipli təyyarənin itkin düşməsi barədə məlumat alıblar. Axtarışlardan sonra təyyarənin qalıqları yerli vaxtla saat 10:30 radələrində Şimali Arizonadakı Böyük Kanyon yaxınlığında tapılıb.

Qəza nəticəsində göyərtədəki hər üç nəfər ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью