ABŞ də kişi 2,5 metrlik timsahın belinə mindi: hadisə necə başa çatdı?

23.11.2026

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də 41 yaşlı kişi qayalar arasında sıxışıb qalan 2,5 metrlik alliqatoru xilas etmək üçün onun belinə çıxaraq heyvanı öz ağırlığı ilə hərəkətsiz saxlayıb.

Sherg.az xəbər verir ki, bu barədə “TC Palm” nəşri məlumat yayıb.

Hadisə Florida ştatındakı Fort-Pirs-İnlet Dövlət Parkında baş verib. Castin Sazerlend və dostu Entoni Riçards qayalar arasında hərəkətsiz qalan alliqatoru görərək mühafizə xidmətinə xəbər veriblər.

Xilasetmə zamanı heyvan yenidən qayaların arasına sürüşmək təhlükəsi ilə üzləşib. Bu zaman Sazerlend onun belinə çıxaraq mühafizəçilər gələnədək timsahı hərəkətsiz saxlayıb. Mütəxəssislər daha sonra onun ağzını lentlə bağlayaraq alliqatoru təhlükəsiz şəkildə xilas ediblər.

Alliqator quyruğu ilə kişiyə zərbə vursa da, o, xəsarət almayıb. Hadisə nəticəsində həm heyvan, həm də insanlar sağ-salamat xilas olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью