ABŞ də kommersiya neft ehtiyatları 415 mln. bareli ötüb

30.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ-də kommersiya neft ehtiyatları doqquz həftəlik azalmadan sonra yenidən artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Belə ki, ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 3 463 min barel artaraq 415 126 min barel təşkil edib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 200 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью