ABŞ də kommersiya neft ehtiyatları artıb

22.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 3,6 milyon barel artaraq 16 yanvar 2026-cı il tarixinə 426 milyon barel təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, mövcud ehtiyat səviyyəsi ilin bu dövrü üçün beş illik orta göstəricidən 2% aşağıdır.

Moskva vaxtı ilə saat 20:00-a olan məlumata əsasən, Londonun ICE birjasında 2026-cı ilin mart ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 1,85% azalaraq bir barel üçün 64,03 dollara düşüb. WTI markalı xam neftin mart ayı üçün fyuçerslərinin qiyməti isə 2% ucuzlaşaraq bir barel üçün 59,41 dollar təşkil edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью