Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də mal əti qiymətləri gündəmdən düşmür.
Banco.az xəbər verir ki, ABŞ-də mal ətinin qiyməti artmaqda davam edir.
Güclü istehlak tələbinə baxmayaraq təklifin məhdud qalması qiymətləri yüksəldir. Bununla yanaşı, quraqlıq səbəbindən bəslənən mal-qaranın məhsuldarlığı azalır, yem xərclərinin artması isə istehsalçılara çətinlik yaradır.
Rəsmi məlumatlara görə, Donald Trampın ilk dəfə prezident vəzifəsinə başladığı 2017-ci ilin yanvarından bəri steyk qiymətləri 81 faiz, qiymə ətinin qiyməti isə 95 faiz artıb. Eyni dövrdə ərzaq qiymətlərində ümumi artım 41 faiz təşkil edib.
Tramp administrasiyası qiymətləri aşağı salmaq məqsədilə Meksikadan diri mal-qaranın tədarükünün bərpasını və qiymə istehsalında istifadə olunmaq üçün 300 min ton məhsulun aşağı gömrük rüsumu ilə idxalını nəzərdə tutan tədbirləri açıqlayıb. Lakin idxal ediləcək məhsulların hansı ölkədən alınacağı və planın digər detalları hələ dəqiqləşməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!