ABŞ də Maskın partiya yaratmasına skeptik yanaşırlar VİDEO

18.07.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Rasmussen Reports” nəşri öz araşdırmasının nəticələrinə əsasən belə məlumat yayıb.
Sorğuda iştirak edənlərin daha 25%-I yeni siyasi qüvvəyə münasibəti barədə hələ qərar vermədiklərini bildirib. Respondentlərin 48%-i İlon Maskın ABŞ-də üçüncü siyasi partiya yaratması ideyasını pis qərar kimi qiymətləndirib.
Mask öz partiyasının planlarından danışıb | VİDEO “Rasmussen Reports” nəşrinin 13-15 iyulda apardığı sorğuda 1196 nəfər iştirak edib.
Xatırladaq ki, ABŞ prezidenti ilə qarşıdrumadan sonra “Tesla” və “SpaceX” şirkətlərinin sahibi milyarder İlon Mask iyulun 5-də “Amerika Partiyası” adlı siyasi partiyanın yaradıldığını elan edib.
Sahibkarın iddiasına görə, onun partiyası 2028-ci ildə ABŞ-də keçiriləcək növbəti prezident seçkilərində istənilən namizədi dəstəkləyə bilər, lakin qarşıdakı 12 ayda diqqət Nümayəndələr Palatasına və Senata seçkilərə yönəldiləcək.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью