Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Belə ki, 16 yaşlı şübhəlinin əvvəlcə məktəb binasının qarşısında dayanmış avtomobilə atəş açdığı, daha sonra qapıların kilidlərini güllələyərək binaya zorla daxil olduğu bildirilir.
Şübhəlinin məktəbin daxilində ətrafa atəş açması nəticəsində 5, 8 və 11 yaşlı üç uşaq, eləcə də bir müəllim həyatını itirib. Yaralanan 7 yaşlı uşaq və 54 yaşlı müəllimin vəziyyətinin kritik olduğu qeyd edilib.
Hücumun fərqinə vararaq şübhəlini izləyən yerli sakinlərdən birinin məktəb binasına daxil olaraq ona atəş açdığı və onu zərərsizləşdirdiyi bildirilib.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları məktəbin ətrafında təhlükəsizlik tədbirləri görüblər. Şəhərdəki bütün məktəblərdə tədris müvəqqəti dayandırılıb.
Həmidə İbrahimova