ABŞ də meşə yanğınları nəticəsində 120 ev məhv olub − NYT

13.05.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Corciya ştatında meşə yanğınları nəticəsində ən azı 120 ev məhv olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Bildirilib ki, Corciya ştatındakı meşə yanğınlarının hazırda 20.000 hektar ərazini əhatə etdiyi təxmin edilir. Qonşu Florida ştatında da ciddi meşə yanğını vəziyyəti yaşanır, meşələr artıq 48.500 hektardan çox ərazidə yanır. Bu ştatda heç bir ziyan qeydə alınmayıb, lakin Florida ştatında yanğınları söndürərkən bir yanğınsöndürən həlak olub.
Ştat rəsmiləri hazırkı meşə yanğınlarını son on ilin ən dağıdıcı yanğınları adlandırırlar. 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью