ABŞ də “New Glenn“ raketi ilk sınaqda partladı VİDEO

29.05.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Blue Origin" şirkətinin "New Glenn" ağır qaldırıcı raketi Floridada keçirilən mühərrik sınağı zamanı partlayıb.

Moderator.az xəbər verir ki, hadisə NASA-nın "Spaceflight" portalında yayımlanıb.

Dərc olunmuş görüntülərdə sınaq zamanı baş verən güclü bir partlayış göstərilir. İlkin məlumatlara görə, hadisə yerli vaxtla saat 21:00 radələrində baş verib.

"Blue Origin" şirkəti sınaq zamanı "anomaliya"nın baş verdiyini təsdiqləyib. Şirkət işçiləri arasında xəsarət alan olmadığını açıqlayıb.

Qeyd edək ki, "New Glenn" raketi "SpaceX"in buraxılış vasitələrinə potensial rəqib hesab olunur. "Blue Origin"in ilk buraxılışı 2025-ci ilin yanvar ayında baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью