ABŞ də nitqdən məhrum olan şəxsə beyin implantı yerləşdirilib

28.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Neuralink" innovativ şirkəti tərəfindən ilk dəfə olaraq yan amiotrofik sklerozlu xəstəyə (nevroloji xəstəlik) beyin implantı yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask özünün "X" hesabında məlumat paylaşıb.

İlon Mask qeyd edib ki, Arizonadan olan həmin şəxs nitqdən məhrumdur.

"Dünyada "Neuralink" çipini daşıyan üçüncü şəxs Arizona sakini Bredford Smit olub. Smit, demək olar ki, tamamilə iflicdir, lakin implantın köməyi ilə o, kompüterində yaza biləcək və bu mətn nitqə çevriləcək", - deyə İ.Mask qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью