ABŞ də nüvə silahı mütəxəssislərinə qapını göstərdilər: SƏHVƏN

17.02.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) nüvə arsenalının monitorinqinə cavabdeh olan 300-dən çox əməkdaşı işdən çıxarılıb.

Ancaq daha sonra bu qəraırn səhvən verildiyi ortaya çıxıb. 

“Cebheinfo.az” bu barədə CNN-ə istinadən xəbər verir. Məlumata görə, hadisə İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Agenetliyi (DOGE) təşəbbüsü ilə baş verib. Ehtimal olunur ki, buna məmurların agentliyin funksiyalarını bilməməsi səbəb olub.

İşdən çıxarılanlar arasında nüvə obyektlərində işləyən və silah sınaqları ilə məşğul olan mütəxəssislər də var. İndi ABŞ hakimiyyəti həmin mütəxəssisləri geri qaytarmaq üçün təcili tədbirlər görür. Əks halda, ölkənin milli təhlükəsizliyində böyük boşluq yarana bilər.

Xəzər
“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью