Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də oktyabrda yeni mənzil tikintisinə başlanılması artıb.
Banco.az xəbər verir ki, federal hökumətin açıqladığı məlumatlara görə oktyabrda yeni mənzil tikintisinə başlanılması 9,9 faiz artaraq illik hesabla 1,31 milyon səviyyəsinə çatıb. Bu, son üç ayın ən yüksək göstəricisi olub. “Bloomberg”in sorğusunda median proqnoz 1,25 milyon təşkil edib.
Tikinti icazələrinin sayı isə oktyabrda aylıq müqayisədə 7,4 faiz azalaraq illik hesabla 1,3 milyona düşüb. Bu, 2020-ci ilin mayından bəri qeydə alınan ən aşağı göstəricidir. Gözlənti azalma səviyyəsinin 1,7 faiz olacağı yönündə idi.
Bu vəziyyət mənzil tikintisi ilə məşğul olan şirkətlərin 7 faizdən yüksək mənzil krediti faizlərinin və istehlakçıların mənzillərin əlçatanlığı ilə bağlı narahatlıqlarının təsir göstərdiyi bu dövrün başa çatmasını gözlədiklərinə işarə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!