Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ-nin üçdə bir hissəsində tüğyan edən güclü qar fırtınası azı 51 nəfərin ölümünə səbəb olub.
“Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, Luiziana və Tennessi ştatlarının hər birində 8 nəfər şaxtalı havanın qurbanı olub.
Nyu-York meri Zohran Mamdani isə 10 nəfərin küçədə ölü aşkarlandığını bildirib.
ABŞ-nin Milli Meteorologiya Xidməti temperaturun gələn həftə ərzində normadan xeyli aşağı qalacağını açıqlayıb. Növbəti həftə ərzində əhalinin təxminən 80%-nin yaşadığı ərazilərdə temperaturun sıfırdan aşağı olacağı gözlənilir.
Xatırladaq ki, ölü sayı ilə bağlı ən son rəqəm 34 idi.