Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp federal məhkəmələr tərəfindən çıxarılmış ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə göstəriş verib.
"AzPolitika" xəbər verir ki, Tramp bu barədə ölkənin Ədliyyə Nazirliyindəki çıxışı zamanı bildirib.
"Mənim əmrimə əsasən, baş prokuror federal səviyyədə çıxarılmış ölüm hökmlərinin icrasını sürətləndirməlidir. Andlı iclasçılar belə bir qərar qəbul etdikdən sonra ölüm cəzasının icrası sürətli və qaçılmaz olacaq" - deyə Tramp vurğulayıb.
O əlavə edib ki, ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanların öldürülməsində və ya zorlanmasında təqsirli bilinən şəxslərə, eləcə də öz qurbanlarını öldürən insan alverçilərinə qarşı ölüm hökmünün çıxarılmasına nail olmalıdır.