ABŞ də paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı: 12 nəfər öldü

15.06.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Missuri ştatında paraşütçüləri daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 12 nəfərin hamısı həlak olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Fox News" telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, qəza iyunun 14-də səhər saatlarında Missuri ştatının Batler şəhəri yaxınlığında baş verib. Yerli hava limanından havaya qalxan təyyarədə 11 paraşütçü və bir pilot olub.

Bildirilir ki, havaya qalxdıqdan qısa müddət sonra hava gəmisi qəfil marşrutunu dəyişib və magistral yolun yaxınlığında yerə çırpılıb.

Qəza nəticəsində təyyarədə olan bütün şəxslər həyatını itirib.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Qəza ilə bağlı araşdırma aparılır.(Teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью